Nikolay Silayev Putin-Əliyev-Paşinyan görüşü və onun nəticələri HAQDA: “Mən gözləyirəm ki…” – ƏTRAFLIbackend

Nikolay Silayev Putin-Əliyev-Paşinyan görüşü və onun nəticələri HAQDA: “Mən gözləyirəm ki..." - ƏTRAFLI

“Mən gözləyirəm ki, prezidentlərin Soçi görüşündə yanvarda (2021-ci il – red.) olduğu kimi hansısa birgə bəyanat qəbul ediləcək”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə rusiyalı politoloq Nikolay Silayev Soçidə gözlənilən Paşinyan-Putin-Əliyev görüşü və onun mümkün nəticələrini şərh edərkən deyib.

Azərbaycan və Ermənistan liderlərinin Avropa Şurasının vasitəçiliyi ilə Brüsseldə görüşmək barədə razılığa gəlməsindən sonra Soçi görüşünün elan olunmasının səbəbi nədir?

– Bununla heç bir əlaqəsi yoxdur. Brüssel sammiti Soçi görüşündən fərqli hazırlanıb. Orada (Brüsseldə – red.) Soçi sammitindən gözlədiyimiz qərarlar verilməyəcək. Görüşəcəklər, bir-birlərinə nəsə deyəcəklər, vəssalam. Biz isə Soçi sammitindən konkret qərarlar gözləyirik.

Danışıqların təşkilində Rusiya ilə Avropa İttifaqı arasında rəqabət varmı?

– Hesab edirəm ki, burada “rəqabət” sözü tamamilə yersizdir, çünki hər kəs yeni silahlı toqquşmaların riskini azaltmaqda maraqlıdır. Bu mövzuda rəqabət aparmaq sadəcə rüsvayçılıq olardı. Rusiya heç kimlə rəqabət aparmır.

Статус России на Южном Кавказе зависит от прочности союза с Арменией:  Силаев - о ситуации в регионе

Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən görüşün Moskvanı narahat etmədiyini demək mümkündür?

– Xeyr, narahat etmir. Rusiya hər iki tərəfin keçən il noyabrın 9-da imzalanan birgə bəyanatda qeyd olunan məsələlər üzrə razılığa gəlməli olduğunu anlayır.

Azərbaycanın əsas hissəsini Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirəcək kommunikasiya əlaqələrinin yaradılmasına və onun statusuna Rusiyanın yanaşması necədir?

– 9 noyabr müqaviləsi bütün regional nəqliyyat kommunikasiyalarına aiddir və orada ayrıca Laçın dəhlizi də qeyd olunub, hansı ki, Rusiya sülhməramlılarının nəzarətindədir. Bu sualı Rusiya baş nazirinin müavini cavablandırıb. (Aleksey Overçuk bu il noyabrın 5-də İrəvanda baş nazir Nikol Paşinyanla görüşdə bildirib ki, yollar üzərində suverenlik onların ərazisindən keçəcək dövlətlərdə qalır – red.). Bu, çox uyğun bir yanaşma kimi görünür. Ermənistan-Azərbaycan sərhədində yeni hərbi toqquşmaların baş vermə risklərinə gəlincə, bu təhlükə hələ də mövcuddur. Görünür, üç ölkənin (Rusiya, Ermənistan və Azərbaycan – red.) liderləri bu problemin həllinə də diqqət yönəldəcəklər.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

  • Namiq
    Noyabr 26, 2021 - 13:15

    Bəs 10 noyabr 2020-ci ildə imzalanmış sənədin 4-cü bəndi yerinə yetirilibmi?? Niyə sual olunmur ??

Namiq üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*