Nikolla keşişin davası qızışır: “kilsə keşikçiləri” küçədə – VİDEObackend

Nikolla keşişin davası qızışır: “kilsə keşikçiləri” küçədə – VİDEO

Sünik bölgəsinə səfəri zamanı kilsədə keşiş Peqrav Zeynalyanın Nikol Paşinyanın əlini rədd etməsi ilə başlayan gərginlik pis həddə çatıb.

KONKRET.az xəbər verir ki, Ermənistan baş nazirinin tərəfdarları bu olaydan sonra keşişin və kilsənin əleyhinə böyük kampaniyaya başlayıblar, sosial şəbəkələrdə təhqirlər səsləndirirlər, hətta bu gün gərginliyin baiskarı saydıqları katolikos II Qareginin iqamətgahı qarşısında aksiya keçirmək istədiklərini elan ediblər.

Buna cavab olaraq isə “kilsəni qorumaq üçün” müxalifət nümayəndələri katolikosun iqamətgahı önünə yığışıb. Eçmiədzindəki Müqəddəs Qayane Kilsəsinin önünə gələn dəstəkçilər sırasında müxalifətin baş nazirliyə namizədi Vazgen Manukyan, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, Vətən Partiyasının sədri Artur Vanetsyan da var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*