“Bölgədə sülh yalnız hərbi-siyasi tarazlıq olduqda mümkündür”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın keçmiş hakim Respublika Partiyasının üzvü Samvel Nikoyan deyib.
Onun sözlərinə görə, indi belə bir balans yoxdur və ona görə də sülh də yoxdur, sadəcə Ermənistanın sülhə hazırlığı var. Respublikaçı hesab edir ki, birtərəfli sülh mümkün deyil. Azərbaycan üçün sülh yalnız deklorativ bəyanatlar şəklində mövcuddur, Azərbaycan tərəfi bununla öz əməllərini və real niyyətlərini ört-basdır edir. Nikoyan “İcmal” verilişinin efirində deyib ki, “Bakı sülhdən danışır, amma eyni zamanda bizim oğlanlarımızı öldürür, ərazilərimizi zəbt edir, dinc sakinləri atəşə tutur”.
“Başqa sözlə, Bakının nəzərində güc tətbiq etməklə məqsədlərə çatmaq və bununla da Ermənistan tərəfindən tələblərin yerinə yetirilməsinə nail omaqdır, – deyə o vurğulayıb. Nikoyan təəssüflə qeyd edib ki, Ermənistanın hazırkı rəhbərliyi hakimiyyəti öz əllərində saxlamaq üçün bütün bu tələbləri yerinə yetirməyə hazırdır.
Natiq Səlim,
KONKRET.az