Nişanlısının vaksindən sonra ölümünə görə 120 min funt-sterlinq alacaqbackend

Nişanlısının vaksindən sonra ölümünə görə 120 min funt-sterlinq alacaq 

Böyük Britaniyada Vikki Spit adlı qadın nişanlısı, rok musiqiçisi Lord Sionun ölümünə görə 120 min funt-sterlinq (250 min 320 manat) təzminat alan ilk şəxs olacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.

Bildirilir ki, “AstraZeneca” peyvəndinin ilk dozasını qəbul etdikdən sonra 48 yaşlı müğənnidə kəskin başağrıları yaranıb. Sion keçən il mayın 19-da beyin qanamasından dünyasını dəyişib.

Onun ölüm haqqında şəhadətnaməsində “geri dönüşü olmayan kəllə-beyin zədəsi” qeyd edilir və ölüm səbəbi kimi “COVID-19 peyvəndindən ağırlaşma” göstərilir.

2021-ci ilin iyununda Spit vaksindən sonra yaranan ağırlaşmalara görə Təzminat Proqramı çərçivəsində kompensasiya üçün müraciət edib. Ona 120 min funt-sterlinq pul təzminatı veriləcək. Qafqazifno.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*