“Niyə Azərbaycan bayrağını yandırdınız, uşaqları gətirməyə qoymadınız?” – Əsir atasından daşnaklara İRADbackend

"Niyə Azərbaycan bayrağını yandırdınız, uşaqları gətirməyə qoymadınız?" - Əsir atasından daşnaklara İRAD

Azərbaycanda saxlanılan erməni hərbçilərin valideynləri müxalifət yürüşünün Gümrü istiqamətində hərəkət etdiyi yolu bağlayıb.

KONKRET.az-ın Epress.am saytına istinadla məlumatına görə, hərbçilərin yaxınları müxalifətçiləri daxili siyasi vəziyyəti gərginləşdirməkdə və danışıqlara mane olmaqda ittiham edirlər.
Onların fikrincə, müxalifətin radikal bəyanatları və hərəkətləri Ermənistanla Azərbaycan arasında yekun sülh bağlanması prosesinə, o cümlədən hərbi qulluqçuların geri qaytarılmasına mənfi təsir göstərir.
Həbsdə olan hərbçilərdən birinin atası ilə Daşnaksütyun üzvü Qeqam Manukyan arasında maraqlı dialoq baş tutub.

“Mən əsir atasıyam, oğlum il yarımdır ordadır. Niyə siz Azərbaycan bayrağını yandırdınız, imkan vermədiniz ki, uşaqları gətirsinlər?”, – deyə kişi müxalifətçi deputata sual verib.

“Paşinyan çıxıb dedi ki, heç nə, əsirlərimiz daha iki ay gözləsin. Biz də susduq. Bu qədər vaxt keçdi, dayı, artıq il yarımdır”, – deyə deputat günahı Paşinyanın üzərinə atmağa çalışıb.

Lakin əsirlərin yaxınları Azərbaycanın hələ də erməni hərbçilərini geri qaytardığını bildiriblər.
Onlar müxalifəti Azərbaycan bayrağını yandırmaqla faktiki olaraq 38 hərbi əsiri geri qaytarmaq prosesini pozmaqda ittiham edirlər.
Deputat Manukyan isə cavabında “daşnakların 30 il Azərbaycanın bayraqlarını yandırdığını, ancaq erməni əsgərlərinin əsir götürülmədiyini” bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*