Niyə iri yox, kiçik şirkətlərin vergi yükü artırılır? – MƏNTİQİ İZAHbackend

Niyə iri yox, kiçik şirkətlərin vergi yükü artırılır? - MƏNTİQİ İZAH

Son günlər aşağı gəlirli vətəndaşların vergi yükünün artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.

İctimaiyyət arasında “iri şirkətlərin yüksək gəlirlərinə baxmayaraq, niyə vergi yükü əsasən aşağı gəlirlilərin üzərinə düşür?” sualı aktuallaşıb.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, daha doğru addım iri şirkətlərin vergi siyasətinə yenidən baxılmasıdır.

Natiq Cəfərli

Ekspert bildirib ki, iri şirkətlərin qazancı və gəlirləri yüksək olduğundan onların vergi yükünün artırılması məntiqli görünür:

“İri şirkətlərin qazancı, gəlirləri olur. Onların vergisinin artırılması daha məntiqlidir. Amma onların da sayı azdır. Problem də odur”, – deyə Cəfərli vurğulayıb.

Onun sözlərinə görə, say baxımından daha çox olan aşağı gəlirli və özəl sektorda çalışan vətəndaşların vergiyə cəlb edilməsi hökumət üçün daha asan mexanizm kimi qiymətləndirilir:

“Sayı çox olan vətəndaşdır. 900 min özəl sektorda çalışan var. Onların vergi yükünü artırmağı daha məntiqli hesab ediblər”, – ekspert əlavə edib.

Cəfərlinin fikrincə, vergi yükünün balanslaşdırılması üçün hökumət iri şirkətlərin də daxil olduğu daha ədalətli vergi modelinə keçidi nəzərdən keçirə bilər.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*