Niyə yenidən Əli Əsədov? – Onu digərlərindən fərqləndirən əsas cəhətlərbackend

Niyə yenidən Əli Əsədov? – Onu digərlərindən fərqləndirən əsas cəhətlər

Milli Məclisdə “Əli Hidayət oğlu Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələyə baxılıb. Müzakirələrdən sonra deputatlar Əli Hidayət oğlu Əsədovun yenidən baş nazir seçilməsinə yekdilliklə səs verib.

Prezidentin yenidən Əli Əsədovun namizədliyi üzərində  dayanması ilk öncə onun 2019-cu ildən etibarən Baş nazir kimi fəaliyyətinin ölkə başçısının tələblərinə cavab verdiyini göstərir.

Eyni zamanda Əli Əsədov Baş nazir təyin edilənə qədər Prezident Administrasiyasında çalışıb və quruculuq prosesində Heydər Əliyev və İlham Əliyevlə yaxından işləyib. Prezident Administrasiyasında böyük təcrübə toplayıb. Heç şübhəsiz, administrasiya təcrübəsinin olması ona Prezident Administrasiyası ilə Nazirlər Kabineti arasında nəticəyə yönəlmiş işgüzar münasibətlərin formalaşdırılmasına imkan verir. Bu isə koordinasiyalı fəaliyyətin daha sürətli qurulmasına və işin effektivliyinə təsir edir.

Eyni zamanda Prezident İlham Əliyev andiçmə mərasimində gələcək prioritetləri açıqlayıb. Burada sənaye və iqtisadi blokun xüsusi çəkisi var idi. Bu baxımdan Nazirlər Kabinetinin rəhbəri olacaq şəxs həm də iqtisadiyyatı yaxşı bilməliydi. Əli Əsədov ixtisasca iqtisadçıdır və ölkə iqtisadiyyatının inkişaf tarixini yaxşı bilir. Görünür, bu nüans da Prezidentin seçiminə təsir edib.

Həmçinin Əli Əsədov baş nazir kimi qanunverici orqan olan Milli Məclislə hökumət arasında səmərəli əməkdaşlıq qura bilib.

Natiq Səlim,

KONKRET.az

 

  • GARACHANTA
    Fevral 17, 2024 - 11:55

    Elmin, Təhsilin və Səhiyyənin qiyməti olmayan heç bir ölkədə inkişaf olmayıb…Niyə yenidən Əli Əsədov?

GARACHANTA üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*