Nizam-intizam və təmkin: Pekin Olimpiadasında gülməli hadisə baş verdi – VİDEObackend

Nizam-intizam və təmkin: Pekin Olimpiadasında gülməli hadisə baş verdi - VİDEO

Pekin-2022 Qış Olimpiya Oyunlarında gülməli hadisə baş verib.

KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, Pekin Olimpiadasında rusiyalı idmançıların mükafatlandırılması mərasimi zamanı olimpiya simvolu olan bayraq qaldırılarkən gülməli vəziyyət baş verib.

Mükafatlandırma mərasimi zamanı olimpiya bayrağı fəxri qarovul dəstəsinin əsgərinin üzünü örtüb, demək olar başına dolanıb.
Çin hərbçi özünü itirməyib, təmkin və nizam-intizam nümayiş etdirib, üzündə bir əzələ belə tərpənməyib.
Sosial şəbəkə istifadəçiləri isə müxtəlif rəylər yazıblar. Ən çox yazılan isə “Onu cəzalandıracaqlar?” sualı olub.
Daha ətraflı videoda:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*