Norveçli xizəkçi artıq çəkiyə görə Olimpiya oyunlarını buraxacaqbackend

Norveçli xizəkçi artıq çəkiyə görə Olimpiya oyunlarını buraxacaq

Norveçli xizəkçi, tramplindən tullanma üzrə Olimpiya çempionu Maren Lundbü Pekində keçiriləcək Qış Olimpiya oyunlarını buraxacağının bildirib.

KONKRET.az-ın məlumatına görə, idmançı bu qərarı artıq çəki ilə izah edib.

İdmançı bildirib ki, Olimpiya oyunları üçün xüsusi olaraq çəki atmağı planlaşdırmır.

Qeyd edək ki, Maren Lundbü 2018-ci ildə tramplinlə tullanma üzrə Olimpiya çempionu olub. O, həmçinin iki dəfə dünya çempionu adını, üç dəfə də Dünya Kubokunun sahibi adını qazanıb.

Qış Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən 20-dək Çinin paytaxtı Pekində keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*