Növbəti erməni TƏXRİBATI: Bu dəfə Azərbaycan mediası HƏDƏFDƏbackend

Növbəti erməni TƏXRİBATI: Bu dəfə Azərbaycan mediası HƏDƏFDƏ

Erməni mediası dezinformasiya yaymaqda davam edir. Belə işlərin məharətli və hiyləgər ustası olan ermənilər sülhməramlılarla azərbaycanlıların “arasını vurmaq” üçün əldən-ayaqdan gedirlər. Ermənilər indi də Azərbaycan mediasını hədəfə alıblar. 

KONKRET.az xəbər verir ki, bunu erməni nəşri “Past” Andrey Volkovla bağlı yazı dərc edib. Yazıda guya Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı Volkov Azərbaycan mediasının “hədəf”inə çevrildiyi deyilir.

“Artıq bir neçə aydır ki, bütün Azərbaycan təbliğat maşını Volkovun şəxsiyyətinə total hücumlarla məşğuldur. Orada rus sülhməramlı kontingentini gözdən salmaq üçün əllərindən gələni edirlər, həmçinin sülhməramlıların komandirini dəyişdirirlər.

Azərbaycanlılar öz məqsədlərinə çatmaq üçün həmişəki kimi “suyu bulandırmağa” çalışırlar. Volkovun “guya” ermənipərəst mövqe tutması, sülhməramlılar kriteriyalarına cavab verməməsi, tərəflər arasında tolerantlıq və bərabərliyə riayət etməməsi səbəb göstərilir.

Ən sadə araşdırmalar nəticəsində belə məlum olur ki, bir çox Azərbaycan saytları və Telegram kanalları bir-birlərinə növbə vermədən reportajlar hazırlayırlar ki, onlar Volkovu ermənilərin maraqlarına xidmət edən şəxs kimi təqdim etməyə çalışırlar.

Bu müddət ərzində general haqqında müxtəlif növ saxta məlumatlar və videomateriallar dərc olunur, onların köməyi ilə onun şəxsiyyəti ətrafında süni fon yaratmağa cəhd edilir”, – deyə nəşr yazır.

P.S. Bu yerdə deyirlərey, adımı sənə qoyum, səni də yana-yana… Mənliksiz, şəxsiyyətsiz, abırsız, həyasız və daha nə deyəsən ki, bu millət özünü görə, özünü tanıya, kim və ya nə olduğunu dərk edə. Hər şeyin bir həddi var, ermənilərin saxtakarlığının, şərəfsizliyinin isə həddi yoxdur!

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*