Növbəti qabiliyyət imtahanları bu tarixdə keçiriləcəkbackend

Növbəti qabiliyyət imtahanları bu tarixdə keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsinə, o cümlədən ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul üçün keçirilən xüsusi qabiliyyət imtahanlarının tarixləri müəyyənləşib.

DİM-dən KONKRET.az-a bildirilib ki, avqustun 13-də bədən tərbiyəsi (11 illik), musiqi sənəti (ali və 9 illik), təsviri sənət (ali, 11 illik) və teatr-kino-xoreoqrafiya (11 illik) istiqamətləri üzrə növbəti qabiliyyət imtahanları təşkil ediləcək.

Abituriyentlər imtahanların tarixi ilə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə tanış olmalıdırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*