Novruz Məmmədovdan açıqlama: “Onun barəsində heç bir sözüm yoxdur”backend

Novruz Məmmədovdan açıqlama: “Onun barəsində heç bir sözüm yoxdur”

“Adım heç bir yerdə ola bilməz. Özlərindən uydururlar, yalan danışırlar. Ramiz Mehdiyevlə bağlı əvvəldən heç vaxt əlaqəm olmayıb, bu sahədə heç bir söz də ola bilməz. Kim nə uydurub danışır, bunu bilmirəm. Bir dəfə onun haqqında soruşdular, dedim ki, əşi, Ramiz Mehdiyev belə olub, belə olub, mənim ona dəxlim yoxdur, qurtardı getdi. Yalan şeylərdir. Mənim adımı ora-bura salmasınlar. Ramiz Mehdiyevin adamları haqqında ciddi məlumatlar var, adım onların arasında ola bilməz. Ciddi orqanlar araşdırmalar aparırlar”.

KONKRET.az xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin sabiq müdiri Novruz Məmmədov Prezident Administrasiyasının keçmiş rəhbəri, barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilən Ramiz Mehdiyevin yeni komandası barədə yayılan siyahıda adının olmasına münasibət bildirərkən deyib.

N.Məmmədov keçmiş müsahibələrinin birində “Ramiz Mehdiyev müasir Azərbaycan tarixinin böyük bir hissəsi və səlnaməsidir” deməsinin yenidən gündəmə gəlməsi barədə suala isə belə cavab verib: “Artıq-artıq danışırlar. Bununla bağlı nə deməliyəm? Heç bir sözüm-söhbətim də yoxdur. Bilirsiniz ki, onunla əlaqədar yoxlamalar aparılır, onun işləri haqqında mövqe var. Təqaüddə olan adamam, nə işə qarışmalıyam? Ramiz Mehdiyevlə birlikdə işləməmişəm, o ayrı, mən ayrı. Mənlik heç nə yoxdur. Kimlərsə belə-belə söz-söhbət yayır, maraqlı danışmaq istəyirlər. Boşboğaz adamlar çıxıb. Nə üçün bu işləri görürlər, nə maraqla, bilmirəm. Ramiz Mehdiyev barədə heç bir sözüm yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*