Noyabrın 2-dən sonra tədris necə olacaq? – Təhsil nazirindən AÇIQLAMAbackend

Noyabrın 2-dən sonra tədris necə olacaq? - Təhsil nazirindən AÇIQLAMA

“Biz dünya ölkələrində də koronavirusun ikinci dalğasının olmasını müşahidə edirik”.

KONKRET.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

“Biz xüsusi şəraitdəyik və daha diqqətli olmalıyıq:

Təhsil Nazirliyi hər gün məktəblərdə yoluxma və digər məsələlərlə bağlı ictimaiyyətə məlumat verirdi. Son günlər ərzində biz hər gün 10-15 məktəbi bağlamaq məcburiyyətindəydik. İnanıram ki, 2 həftə ərzində biz davranışımzla və tətbiq edilmiş məhdudiyyətlər nəticəsində yoluxmanın sayının azalmasına nail ola biləcəyik. Noyabrın 2-dən başlayaraq bu və ya digər formada təhsili davam etdirəcəyik. Amma bu barədə danışmaq daha tezdir”.

  • Gizli
    Oktyabr 16, 2020 - 16:26

    ƏsLində məktəbLərin həLə açıLması çox tezdir çünki,qarşıdan payız və qış ayLarı gəLir…Bu dönəmdə yoLuxanLarın sayı dahada arta biLər çünki,qrip,,öksürək,və bu kimi xəstəLikLər dahada artacaq…Mənim fikrimcə Noyabrın 2-dən etibarən də ya distant formada təhsiL,yada onLayn(internet məhdudiyyəti qaLdırıLdıqdan sonra)təhsiL oLa biLər…Çox təəsüfki ,bəzi xainLər var aramızda vətəni satan,ordumuzun sirLərini yayamağa çaLışan..və b kimi sırf bu yüzdən internet məhdudiyyəti qoyuLdu…İnşəAllah hər şey yoluna girər Azərbaycan ordusu qəLəbə çaLar və işğaL oLunmuş əraziLərimiz düşmən tapdağından azad edilər..BununLa bərabər covid-19 xəstəLiyinədə qaLib gələcəyik aLLahın köməyi İlə…..الله

    • Sıravi vətəndaş
      Oktyabr 17, 2020 - 21:31

      İnsanların başı xarab olub. Onsuzda, hər fəsil girəcəyində qrip və bu kimi xəstəliklər olur. Belə adi şeyləri qeyri-adi vəziyyətə çevirərək problem yaratmayın. Hər kəsin ağzından bir avaz gəlir, lakin yaraya məlhəm deyil. Universitetlər mütləq açılmalıdır! Onu bağlı saxlamaq və yaxud da ki, onlayn-distant şəkilə salmağın heç bir mənası və dəyəri yoxdur. Təhsili şikəst edirsiniz, vəssalam.

  • Fexrende
    Oktyabr 16, 2020 - 22:39

    Uşaqların bildiyinde yadından çıxaracaq

  • Vətəndaş
    Oktyabr 16, 2020 - 23:54

    Bir insanı məhv etmək üçün və dövlətin iqtisadiyyatını aşağı salmaq üçün təkcə təhsili məhdudlaşdırmaq kifayətdir. Təhsili məhdudlaşdırmaqla bu virus yox, gələcək məhv olur. Əsasda universitetlərin açılması zəruridir (karantin qaydalarına əməl olunması şərtilə).

  • Zehra
    Oktyabr 17, 2020 - 14:43

    Mənəcə qarşıdan payız və qış ayları gəlir və bununla belə qışda heç kim məktəbə getmir yeni ən azından BİZİM məktəbə də heç kim gəlmir ona görə tövsiyə edirəm ki məktəbləri fevral ayında açarsınız və fevral ayına qədər öləcək CİDDÍ karantin rejimi tətbiq edəsiniz və bu karantin rejimi zamanında virusun dərmanı tapılar. Birdə bizdə internet olanda online ders yaxşı effekt verdi yeni hətta biz qışda məktəbdən əlavə online ders keçməyi düşünürdük veməktəbə getmək istəmirsən çünki məktəbimiz həm çooook köhnə və yoolərı bərbat vəziyyətdədir hətta 100 illiyi qeyd olunacaq 2021-de yəni 100 ildir təmir olunmur özünüz düşünün indi ki biz o məktəbdə dərs keçib instituta giririk bu il ali məktəbə qəbul olan uşaqların sayına görə 1-ci yer tutduq

  • Sensiz
    Oktyabr 17, 2020 - 16:09

    Naxcivana aiddirmi bu?

  • Ferhad
    Oktyabr 17, 2020 - 23:00

    Musayev

  • Sevda m.
    Oktyabr 18, 2020 - 08:59

    Mənə bir məsələ çox maraqlıdır. Görəsən inkişaf etmiş ölkələrin heç birində məktəblərin bağlanması müzakirə olunmadığı halda nə üçün biz məktəblərin açılıb- açılmasını müzakirə etməliyik? Heç bir Böyük dövlət millətinin gələcəyini hansısa boş qrip simptomlarında qurban verməz. Əlbəttə ki, bu yalnız avam,bir gün sonranı belə düşünmək qabiliyyəti olmayan,millətinin gələcəyi onu heç vaxt maraqlandırmayan bir xalqın seçimi ola bilər.

  • Lala metin
    Oktyabr 18, 2020 - 21:13

    rƏzəldən var idi hüsnü camalı indi də oldu dəli Bayraməli onsuz da bərbad olan təhsili müxtəlif bəhalərlə daha bərbad günə qoydularıVirus bəhanədir savadlı adam sərf eləmir savadli adm hüququnu bilir və tələb edir Bu virusdan qorunmaq onunla yaşamağa öyrənmək lazımdır yoxsa məktəbləri bağlamaq ən asan yoldur.

Sensiz üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*