“Nur” çörəyinə kimyəvi maddə vurulur? – AÇIQLAMAbackend

“Nur” çörəyinə kimyəvi maddə vurulur? - AÇIQLAMA

“Nur” çörək zavodunda bişirilən çörəklərdən gələn kəskin dərman qoxusu vətəndaşlar arasında narahatlıq yaradıb.

KONKRET.az xəbər verir ki, istifadəçilər bunu xəmirə vurulan kimyəvi maddələrlə əlaqələndiriblər. Bu maddələrin isə insan orqanizminə ziyan ola biləcəyindən ehtiyat edilir.

“Nur” çörək zavodunun direktoru Söhrab Cabbarov bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Yalnız bunu deyə bilərəm ki, yayılan məlumat həqiqəti əks etdirmir. Gəlib əyani görə, o cümlədən çəkiliş də apara bilərsiniz”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə çörəyin satıldığı marketdə düzgün yerləşdirilməməsi səbəbindən də qoxu gələ biləcəyini istisna etməyib:

“Saxlanma və satış prosesində qaydalara düzgün əməl edilmədiyi halda da bu qoxu gələ bilər. Çünki həmin zavoda ictimai baxış keçirilib və iddialarla bağlı hər hansı ciddi nöqsana rast gəlinməyib. Lakin vətəndaşların narazılığı varsa, bizə ərizə ilə müraciət etsələr, istehlakçı və vətəndaşın, o cümlədən KİV-in iştirakı ilə zavoda növbəti dəfə baxış keçirə bilərik”./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*