Nur-Sultanda Qazaxıstan DTX-nin polkovniki intihar etdi – FOTObackend

Nur-Sultanda Qazaxıstan DTX-nin polkovniki intihar etdi - FOTO

Nur-Sultanda Qazaxıstan DTX-nin polkovniki İbrayev Azamat intihar edib.

KONKRET.az xəbər verir ki, bu barədə yanvarın 10-da DTX-nin mətbuat xidməti məlumat yayıb. Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin polkovniki Azamat İbrayevin Nur-Sultandakı evinin həyətində ölü tapıldığı bildirilib. O, özünü hündürmərtəbəli binanın pəncərəsindən atıb.

“2022-ci il yanvarın 10-da Nur-Sultan şəhərində DTX polkovniki Azamat İbrayevin meyiti yaşayış yerindəki evin həyətində aşkar edilib. Faktla bağlı ibtidai istintaq aparılır”, – nazirliyin açıqlamasında deyilir.

Jambil vilayətinin polis idarəsinin rəisi Janat Süleymenov da intihar edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*