Nusrətin Messi ilə foto çəkdirmək istəyi gündəm oldu – VİDEObackend

Nusrətin Messi ilə foto çəkdirmək istəyi gündəm oldu - VİDEO

Duztökmə hərəkəti ilə dünyada məşhur olan türkiyəli aşpaz Nusrət Gökçənin dünya çempionatında görüntüləndiyi anlar gündəm olub.

KONKRET.az xəbər verir ki, matçdan sonra aşpaz stadiona enərək Argentina yığmasının hücumçusu Lionel Messi ilə foto çəkdirmək istəyib. Komanda yoldaşları ilə sevincini bölüşən oyunçunun onunla foto çəkdirmək istəməməsi diqqət çəkib.

Görüntülər qısa müddətdə sosial mediada yayılıb. Daha sonra Nusrət instaqram hesabında Messi ilə fotosunu paylaşaraq şəkil çəkdirməyə nail olduğunu nümayiş etdirib.//Axşam.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*