“NATO ölkələri kursunu dəyişsə, Rusiya nüvə silahlarını Belarus ərazisindən çıxarılması imkanlarını nəzərdən keçirə bilər”.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişuk deyib.
“Taktiki nüvə silahlarının yerləşdirilməsi NATO və Vaşinqtonun uzunmüddətli sabitliyi pozan nüvə siyasətinə cavab idi”, – deyə o bildirib.
Polişuk əlavə edib ki, Rusiyanı bu addıma son vaxtlar Avropa təhlükəsizliyi sahəsində baş verən böyük dəyişikliklər sövq edib. Nüvə silahlarının yerləşdirilməsi, digər məsələlərlə yanaşı, Belarusun təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
İqbal Rzayev,
KONKRET.az