Nyu-York Polis Departamenti ABŞ-ın keçmiş prezidenti Donald Trampın silah lisenziyasını ləğv etməyə hazırlaşır.
Bu barədə CNN məlumat yayıb.
Qeyd edildiyi kimi, lisenziya hələ 2023-cü ilin aprelində Trampa qarşı cinayət işi açıldıqdan sonra dayandırılıb. Gələn xəbərlərə görə, üç silahdan ikisi polisə təhvil verilib, üçüncüsü isə “qanuni olaraq Floridaya aparılıb”.
Qeyd edək ki, ABŞ-da məhkum edilmiş şəxsin odlu silaha sahib olması federal cinayət sayılır.
Musavat.com