Nyu-Yorkda Blinken-Bayramov-Mirzoyan görüşü keçirilib – YENİLƏNİBbackend

Nyu-Yorkda Blinken-Bayramov-Mirzoyan görüşü keçirilib - YENİLƏNİB

Nyu-Yorkda ABŞ dövlət katibi Antoni Blinkenin Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov ilə üçtərəfli görüşü başa çatıb.

KONKRET.az bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

“Sentyabrın 19-da BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində ABŞ-ın dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş keçirilib”, – məlumatda deyilir.

***

00:34

Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında görüş başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

 

16:56 – 19.09.2022

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Nyu-Yorkda görüşəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in sözçüsü “Twitter“də bildirib.

ABŞ tərəfinin təşəbbüsü ilə görüş bu gün baş tutacaq.

Görüşdə ABŞ dövlət katibi Entoni Blinken də iştirak edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*