Nyu-Yorkda son 40 ilin ən güclü zəlzələsi oldubackend

Nyu-Yorkda son 40 ilin ən güclü zəlzələsi oldu

Bazar ertəsi Nyu-Yorkun şimal-qərbində son 40 ilin ən güclü zəlzələsi baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

Seysmoloqlar bildirib ki, Eri qraflığında 3,8 bal gücündə zəlzələ qeydə alınıb, yeraltı təkanların episentri Qərbi Seneka şəhərindən 2 km şərqdə olub.

Mənbə təxminən 3 km dərinlikdə yerləşib.

Zəlzələnin Niaqara şəlaləsi ərazisində hiss olunduğu qeyd edilib. Mümkün zərər barədə məlumat daxil olmayıb.

Qeyd olunub ki, 1983-cü ildən bəri Qərbi Seneka regionunda, Buffalo şəhəri yaxınlığında 2,5 baldan yuxarı 24 zəlzələ qeydə alınıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*