Nyu-Yorkdakı Türk Evinə hücum oldubackend

Nyu-Yorkdakı Türk Evinə hücum oldu

ABŞ-ın Nyu-York şəhərində yerləşən Türk Evinə hücum olub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, binanın şüşələri dəmir alətlə sındırılıb.

Hücumu terrorçuların həyata keçirdiyi bildirilir.

Məlumata görə, Nyu-York Şəhər Polis İdarəsi hadisə ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, hazırda Türk Evində Prezident seçkilərinin ikinci turu üçün seçki məntəqəsi fəaliyyət göstərir.

Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğu da burada yerləşir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*