Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nassr” klubunun futbolçusu Kriştiano Ronaldo “Forbes” jurnalına görə 2025-ci ilin ən çox qazanan idmançısı olub. O, son 12 ayda 275 milyon dollar qazanıb ki, bunun 225 milyon dolları klubla müqaviləsindən, 50 milyon dolları isə sponsorluqlardan əldə edilib.
KONKRET.az xəbər verir ki, reytinq tarixində yalnız amerikalı boksçu Floyd Meyvezer bir ildə ondan çox qazanıb.
İkinci yerdə 156 milyon dollar gəlirlə NBA oyunçusu Stiven Karri, üçüncü yerdə isə 146 milyon dollarla britaniyalı boksçu Tayson Fyuri qərarlaşıb.
İlk onluqda həmçinin Dak Preskott (137 mln.), Lionel Messi (135 mln.), LeBron Ceyms (133,8 mln.), Xuan Soto (114 mln.), Kərim Benzema (104 mln.), Şohei Otani (105 mln.) və Kevin Durant (101,4 mln.) yer alıb.
Aynurə İsmayıl
KONKRET.az