Tanınmış prodüser Tarix Əliyev fitnes məşqçisi Kamil Zeynallının tutulmasına reaksiya verib.
KONKRET.az xəbər verir ki, Tolik bu barədə paylaşım edib. O bildirirb ki, Kamil tutulsa da heç vaxt şikayətlənməyib:
“Heç nə olmaz, təki Kamil belə şeylər üstündə qanun qarşısında cavab versin. Kamil ölkə də bəlkə də yeganə adamdır ki, hər dəfə onun problemi olur, amma heç vaxt dövlətindən, xalqından narazılıq etmir. Əsas odur ki, Kamil kişidir, bəziləri kimi qaçıb xainlik eləmir. Heç nə olmaz, yenə də olan sənə oldu”.
Qeyd edək ki, Kamil Zeynallı Göygöl rayonu ərazisində saxlanılıb. Göygöl Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılan K.Zeynallı 30 sutkalıq həbs olunub. Onun hansı səbəbdən saxlanılması barədə hələlik məlumat yoxdur.