Obamanın keçmiş müşaviri: “Mişel prezidentliyə namizəd olmayacaq”backend

Obamanın keçmiş müşaviri: "Mişel prezidentliyə namizəd olmayacaq"

“ABŞ prezidenti Co Baydenin dövlət başçısı seçkilərində iştirakdan imtina etməsi və onun namizədliyini keçmiş birinci xanım Mişel Obama ilə əvəzləməsi çətin ki, alınsın. Çünki xanım Mişel siyasəti sevmir”.

KONKRET.az xəbər verir ki, bunu Barak Obamanın keçmiş müşaviri Devid Akselrod bildirib.

“Mişel Obama ABŞ-ı sevir və o, gözəl insandır. Amma siyasi həyatı heç vaxt sevməyib. Əri ABŞ-ın prezidentliyinə seçilən zaman onun kampaniyasında xüsusi iştirak etmirdi”, – deyə Akselrod bildirib.

Onun sözlərinə görə, Mişel Obama əri ilə Ağ Evi tərk etdikdən sonra ora getməyə can atmır.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*