“Ödənişlər artır və iş adamlarının imkanları genişlənir” – İqtisadiyyata böyük imkanlar yaradan SƏBƏBLƏRbackend

“Ödənişlər artır və iş adamlarının imkanları genişlənir" - İqtisadiyyata böyük imkanlar yaradan SƏBƏBLƏR

Bu ilin ilk yarısında xaricdə yaşayan azərbaycanlılar tərəfindən ölkəmizə pul köçürmələrinin həcmində artım qeydə alınıb. Belə ki, fiziki şəxslər tərəfindən Azərbaycana 1,6 milyard manat köçürülüb ki, bu da ötən ilin uyğun dövrünün göstəriciləri ilə müqayisədə 3,3 dəfə çoxdur. Bəs görəsən pul köçürmələrinin artmasının səbəbləri nədir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Elşad Məmmədov bildirib ki, Rusiyanın xarici iqtisadi əlaqələrində köklü dəyişikliklər baş verir: “Moskva daha çox daxili resurslara söykənən və bazarı yerli istehsal hesabına daha artıq təmin edən siyasət həyata keçirir. Həmçinin idxalın əvəz olunması siyasəti həyata keçirilir. Beləliklə Rusiya sahibkarlarının idxalçılara nisbətən daha böyük imkanlar əldə etməsi dövriyyəni artırır. Digər səbəb isə dolların zəifləməsi və Rusiya rublunun getdikcə möhkəmlənməsi ilə bağlıdır. Yəni rubl dollar ekvivalentində artıb. Eyni zamanda Rusiyanın xarici ticarət dövriyyəsinə nəzərə salsaq və son 5-6 ay ərzində apardığı iqtisadi siyasətə diqqət yetirsək görərik ki, daxili iqtisadi subyektlərin stimmullaşdırılmasına əsaslanan siyasət həyata keçirilir. Bu da Rusiyada fəaliyyət göstərən sahibkarların imkanlarının genişləndirilməsinə şərait yaradır. Çünki, sanksiyalar müddətində Rusiyanın istehsalının təqribən üçdəbiri bazardan çıxarılıb. Belə olan halda yerli sahibkarların inkişafına yönəlik siyasət həyata keçirilir. Rusiyada yaşayan azərbaycanlıların əksər hissəsinin məhz sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu nəzərə alsaq, onların imkanlarının genişlənməsi üçün şərait yarandığını görə bilərik. Nəhayət sonuncu səbəb inflyasiyanın artması ilə bağlıdır. Belə ki, inflyasiyanın yüksəlməsi pulla ifadə edilən köçürmələrin artmasına səbəb olur”.

Elşad Məmmədov

İqtisadçı əlavə edib ki, mövcud vəziyyət Azərbaycan iqtisadiyyatı üçün geniş imkanlar yaradır: “Bir tərəfdən ödənişlər artır, digər tərəfdən isə iş adamlarının imkanları genişləndirilir. Ona görə də, pul köçürmələrinin artmasının sözsüz ki, ölkə iqtisadiyyatı üçün müsbət təsirləri mövcuddur”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*