Oğluna məclis etmək istəyən qadını soydular – (VİDEO)backend

Oğluna məclis etmək istəyən qadını soydular - (VİDEO)

Tahirə Heydərova “TikTok” sosial şəbəkəsində kriptovalyuta adı altında keçirilən yarışa qoşulub. O, əvvəlcə 100 manat, daha sonra isə 400 manat məbləğində ödəniş edib. Özünü Yusif Məmmədov kimi təqdim edən şəxs ona 3000 manat qazandığını bildirib.

KONKRET.az xəbər verir ki, qazancını almaq üçün isə əlavə 400 manat göndərməsi tələb olunub. Tahirə Heydərova bu məbləği də ödədikdən sonra ondan daha 200 və 940 manat pul istənilib.

İşbazların bütün tələblərini yerinə yetirən qadın nə vəd edilən pulu ala bilib, nə də göndərdiyi vəsaiti geri qaytara bilib.

Daxili İşlər Nazirliyindən bildirilib ki, Tahirə Heydərovanın şikayəti əsasında araşdırma aparılır. Nəticəyə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, mövzu ilə bağlı “ARB Xəbər”də süjet yayımlanıb.

Ətraflı reportajda:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*