Oğurladıqları heyvanları Sumqayıt bazarında satırdılar – Əməliyyat nəticəsində həbs edildilərbackend

Oğurladıqları heyvanları Sumqayıt bazarında satırdılar – Əməliyyat nəticəsində həbs edildilər

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən beş fərdi təsərrüfatdan ümumilikdə on bir xırda və iri buynuzlu heyvanlar oğurlayaraq zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran şəxslər saxlanılıb. Xaçmaz rayon sakinləri Mətləb Məmmədquliyev və əvvəllər dəfələrlə məhkum olunmuş Zaur Tağıyev haqqında həbs qəti-imkan tədbiri seçilib. Polis əməkdaşları müəyyən edib ki, hər iki çəxs Quba rayonu ərazisində də analoji cinayət hadisəsi törədərək, iki fərdi təsərrüfatdan xırda buynuzlu heyvanlar oğurlayıblar.

Dindirilmə zamanı həmin şəxslər cinayət əməllərini etiraf edərək, oğurladıqları heyvanları Sumqayıt şəhəri ərazisində satdıqlarını bildiriblər.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Həmin şəxslərin başqa oğurluq hadisələrində iştirak edib-etməmələri araşdırılır.

Cəlal Fərzəliyev

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*