“Oğurluq, saxtakarlıq, satqınlıq – Biz onları belə alçaq əməllərilə tanıdıq” – Akif Əlibackend

"Oğurluq, saxtakarlıq, satqınlıq - Biz onları belə alçaq əməllərilə tanıdıq" - Akif Əli

Akif Əli, fəlsəfə doktoru,
yazıçı-publisist

Terror, təxribat, oğurluq, saxtakarlıq, satqınlıq… İbtidai qəbilə tipli həyat tərzinə malik gerizəkalı erməni tayfası öz mahiyyətini bizə belə tanıdıb.

Alban hökmdarı Cavanşirdən Xəlifəyə donos yazan; Ulu sərkərdə Babəki Mötəsimbillaha satıb vəhşi edamına səbəb olan; Qədim dövrlərdən üzü bəri cəmi Azərbaycanın maddi-mədəni-dini sərvətlərini oğurlayıb öz adına çıxan; Qafqaza gəldiyi vaxtdan daim intriqalar yaradıb, ara qarışdıran; Dəfələrlə azərbaycanlıların kütləvi soyqırımını törədən; Şərqin ilk Xalq Cümhuriyyətini yıxmaq üçün min bir təxribata əl atan; 1920-də Azərbaycanın qərb bölgəsinə namərdcəsinə basqın edib Cümhuriyyət ordusunu yayındırmaqla, bolşeviklərin şimaldan maneəsiz-müqavimətsiz ölkəmizi işğal etməsinə şərait yaradan; Terror yolu ilə görkəmli dövlət xadimi Fətəli Xan Xoyskini və digər liderləri arxadan güllə ilə vurub öldürən; 1937-ci ildə Azərbaycan ziyalılarının, millətin qaymaqlarının məhvinə yönəlmiş hərəkatda canfəşanlıq və fəallıq göstərən; İkinci Dünya Müharibəsi bitmək ərəfəsində ikən dinc bir şəraitdə tank qoşunlarının  komandanı qəhrəman Həzi Aslanovun xaincəsinə öldürülməsini təşkil edən; SSRİ rəhbərlərindən biri, görkəmli dövlət xadimi Heydər Əliyevdən Kremlə minlərlə donos yazan; Çörəyini yeyib-suyunu içdiyi qonşusunun torpaqlarını xaincəsinə işğal edən…

Biz onları belə alçaq əməllərilə tanıdıq.

Yəni biz nə qədər xoş məramlı olsaq da, onlar tarixin bütün zamanlarında Türkü özünə düşmən bilib, açıq və ya gizli şəkildə əllərindən gələn pisliyi ediblər…

Onların bizə nifrəti və hikkəsi o dərəcədədir ki, 44 günlük Vətən Müharibəsində Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə Müzəffər Ordumuzun təpələrinə endirdiyi “Dəmir Yumruğun” zərbəsindən hələ özlərinə gəlməmiş, iniltiləri, vay-şivənləri kəsilməmiş, yenə də öz əməllərindən əl çəkmirlər. Gah ərazimizə terrorçu- diversant qrupları göndərirlər, gah sərhəddə əsgərlərimizlə əlbəyaxa davaya gəlirlər, gah uzaqdan bizə tərəf güllə atırlar, gah yollarımızı minalamaq üçün sürünüb gəlirlər, gah böyük dövlətlərə haqqımızda donos verirlər, gah xarici kivlərdə iftira yayırlar… Bu cür nadinc dələduzluq əməlləri onların genindədir.

İndi sərhəd isteriyasına başlayıblar. Qalib Azərbaycan Ordusu hələ Sovet dönəmində olan (və xalqımızı heç vaxt qane etməyən!) minimum ərazilərimizdə sərhəd xətlərini bərpa etdikdə, isteriya qaldırırlar. Səsləri gah Parisdən, gah Vaşinqtondan, gah Moskvadan gəlir… Zəngəzurun tam bizim olan bütün ərazisini deyil, sadəcə razılaşmaya uyğun blokadada qalmış Naxçıvana ensiz bir dəhlizin açılmasını belə saçyoldu ilə qarşılayırlar. Sanki unudurlar ki, təkcə Zəngəzur yox, yaşadıqları İrəvan da, bəhrələndikləri Göyçə də bizim torpaqlarımızdır. Qul olduqları bolşevik hökuməti yüz il əvvəl zorla bizdən alıb bunlara verib. Deyib qoy qəbilənin də “dövləti” olsun.

Amma qəbilə başçıları unudur ki, əgər keçən ilin noyabrında Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı humanistlik göstərib müharibənin dayandırılmasına razılıq verməsəydi, Qarabağdan düşməni iti qovan kimi qovan Ordumuzun qəhrəman zabit və əskərləri sözügedən bütün əraziləri erməni tapdağından xilas etmək əzmi ilə  hər gün şir kimi irəli atılırdılar…

Bunlar unutsa da, ağlı üstündə olanlar bilir ki, min illər boyu oralar Türk yurdu olub. O torpaqlarda bizim dədə-babalarımızın ev-eşiyi, bağ-bağatı, maddi və mədəni sərvətləri, ruhani və mənəvi varidatı olub, qalıb, yağmalanıb. Saxtakarlar nə qədər iz  itirməyə çalışsalar da, nə qədər saxta kağız-kuğaz düzəldib yaysalar da, nə qədər daş yonub basdırsalar da, qədimdən-qədim o varidatın bizə məxsusluğunu gizlədə bilməyiblər və bilməyəcəklər. Biz nə zamansa evimizə dönəcəyik!

…Uşaq vaxtı yay tətilində bizi Göyçəyə – babamgilə aparardılar. Kənddəki ucu-bucağı bilinməyən barlı-bərəkətli meyvə bağında qayğısız gəzər, oynayar, dincəlirdik. Göyçə gölünün kənarında saf, təmiz təbiətin yetirdiyi əsrarəngiz nemətlərdən dadardıq. Gur bulaqdan axıb gələn bumbuz sudan içib sərinləyirdik. Axşamlar babamızın söylədiyi nağıl və rəvayətlərin, nənəmizin çağırdığı bayatı və deyimlərin şirin laylası altında yuxuya gedərdik… Və tətil bitəndə gözəl Göyçənin bənzərsiz havasını, füsunkar ətrini də özümüzlə şəhərə gətirib ruhumuzda yaşadardıq. Bunların izini hansı saxta sənədlə, hansı yonulu daşla, hansı qondarma kağız parçası ilə itirə bilərlər?!

Zəngəzurdan ensiz bir dəhlizin açılmasına cığallıq göstərən saxtakarlar onu da unudurlar ki, Göyçə kimi Zəngəzur da onların deyil. Oralar da başdan-başa bizim yurd yerimizdir, azərbaycanlıların məskənidir… Yadımdadır, atam Qubadlıda müstəntiq işləyəndə bizi də Şuşadan Qubadlıya köçürmüşdü. Və o, Qubadlı prokuraturasında işlədiyi vaxtlar arada Gorusa gedib gələrdi, orada baş verən hadisələrin də istintaqını aparardı. Yəni Gorus da Qubadlıdan idarə olunurdu. Bir dəfə bizi də maşına yığıb özü ilə ora apardı. Gorusda yaşayan bir azərbaycanlı tanışın evində qaldıq. Hətta Gorusda Azərbaycan mətbəxinin şahı olan yağlı cücə-plov yediyimiz də yadımdadır…

Deməyim odur ki, saxta sənədlə, yonulu daşla, qondarma kağız parçası ilə bu xalqdan bu yaddaşı silmək olmaz! Oğurluq malı özününküləşdirmək haram olar! Mədəniyyətdən xəbərsiz gerizəkalı tayfa iki yüz ildir ağasının köməyi ilə bizim torpaqları zəbt edib yerləşdiyini yaddan çıxartsa da, Azərbaycan xalqı unutmur. Necə ki, dünya cənnətə dönsə də, yaddan çıxmayan Qarabağdan qundaqda gələn uşaqlar tank üstündə o yerlərə qayıtdılar… O ərazilər ermənilər üçün siyasi ambisiya mahiyyəti daşıyır, bizim üçünsə mənəvi mahiyyəti var! Onlar kağızdakı yazıya görə o torpaqlara bağlanıbdır, biz isə ruhumuzla oralara bağlıyıq! Ermənilər köçüb gəldiyi tarixi kağıza, daşa yazıb saxlayır, bizim oralarda qalan ömrümüz isə yaddaşımıza yazılıb… Kağız yanar, daş dağılar, qan yaddaşı itməz!!!

Çox qəribədir, saxtakar tayfa o dərəcədə özünə aludə olub ki, hətta yazıçı Raffinin bədii əsəri olan “Samvel” romanında qələmə alınmış “erməni çarları” obrazına tarixi  mənbə kimi istinad edib (o kitabda hər addımbaşı “erməni çayı”, “erməni günəşi”, “erməni daşı”, “erməni ağacı” kimi absurd ifadələr çoxdur), guya haçansa dünyada  “Böyük Ermənistan” adlı yer olduğu barədə əfsanəni müasir bəşəriyyətə reallıq kimi təqdim etməyə çalışır.

Yeri gəlmişkən, Azərbaycan tarixi üzrə qaynaqlar sayılan Strabon, Ptolomey, Plini, Kağanqatlı və b. müəlliflərin kitablarında erməni mövzusuna mötəbər mənbə kimi baxılması da müəyyən suallar doğurur. Belə ki, o yazılarda adətən Azərbaycan əvəzinə “Aqvan, Atropaten, Arran” və s., Gürcüstan əvəzinə isə “İberiya” ifadələri yazılsa da, Ermənistanın adı elə indi olduğu kimi “Ermənistan” yazılır. Biz bu əsərlərin orijinalını görməmişik, əldə olan ruscaya  tərcümələrindən istifadə edirik. Həmin tərcümələr isə ya Rus imperiyası zamanı, ya da Sovet hakimiyyəti dövründə çap edilib (müəllifləri Stratanovski, Latışev, Patkanyan, Smbatyan və b.). Mən tarixçi deyiləm, ancaq saxtakarların xislətinə yaxşı bələd olduğumuzdan, düşünürəm, orijinaldan ruscaya etdikləri o tərcümələrdə öz xeyirlərinə uyğun düzəlişlər, sərfəli redaktələr apardıqlarını istisna etmək olmaz. Bütün dünyada ermənilərin əsasən kütləvi informasiya vasitələri ilə işlədiyini və öz ideyalarını təbliğat yolu ilə yaymağa meylli olduqlarını, müasir informasiya dövründə belə nəfəslərinin yalanla gedib-gəldiyini bilirik. Odur ki, ya onların müəllifliyi ilə, ya da onların “at oynatdığı” dönəmlərdə dərc olunmuş kitablara istinad edərək guya qədimdən Qafqazda yaşadıqları, “böyük dövlətləri” olduğu, “Arsax” uydurmaları, “qədim mədəni xalq” olmaları və s. barədə versiyaların da saxtalaşdırıla biləcəyi nəzərdən qaçırılmamalıdır. Bu baxımdan xarici elmi mənbələri, tarix, coğrafiya kitablarını birbaşa orijinaldan dilimizə tərcümə edən kadrların yetişdirilməsi zəruridir.

Dolayısı ilə, bu gün Azərbaycan özünün parçalanmış ərazisinin az bir hissəsində ədalətin zəfər çalmasına çalışaraq, minimum xəritələr üzrə sərhədlərin bərpasını  apararkən, məğlubiyyət sindromu ilə yaşayan aşağılanmış tayfa adəti üzrə saxta isterika qaldırır. Üstəlik makronsayağı bəzi “güclü demokratlar” da onlara dəstək verir. Xaricdəki kəmsavad ermənipərəstlərə müharibə dövrünün qətiyyəti ilə bir məntiqi xatırlatmaq yerinə düşərdi: həzərat, necə olur ki, “Böyük Ermənistan” barədə, “Arsax  erməni vilayəti” barədə, “qədim mədəni erməni xalqı” barədə guya 1500-2000 il bundan qabaqkı “mənbələrə”, saxtalaşdırılmış “arxiv sənədlərinə” gözüyumulu inanıb 30 il işğalçıya dəstək verirsiniz, ancaq az qala dünənki tarixə aid – 1814, 1828, 1905, 1918, 1920, 1988, 1992 – ci illərin göz qabağında olan və real sənədlərdə təsdiqini tapan Azərbaycan həqiqətlərini görməzdən gəlirsiniz?! “Demokratiyanın gücü” budurmu?!

Prezident cənab İlham Əliyev Ağdamda ictimaiyyətlə görüşdə bu mövzuda çox yaxşı dedi ki, onlara heç fikir vermək lazım deyil!

Yazımı qəti bir inamla bitimək istərdim: heç şübhə yoxdur ki, Ali Baş Komandanın qətiyyətinə arxalanan Şanlı Ordumuz Qarabağda olduğu kimi, sərhədlərimizdə də ədaləti bərpa edir və edəcəkdir! Terror, təxribat, oğurluq, saxtakarlıq, satqınlıq həvəskarları nə qədər çığır-bağır salsa da, daha əvvəlki illərdə olduğu kimi, ilahi ədaləti ört-basdır edə bilməyəcəklər – çünki dövran dəyişib. Xalq-Ordu-Hakimiyyət həmrəyliyinin bərqərar olduğu müasir güclü Azərbaycan daha əvvəlki Azərbaycan deyil!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*