Oğuza istirahətə gedənlər cərimələndi – FOTObackend

Oğuza istirahətə gedənlər cərimələndi - FOTO

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sərtləşdirilmiş karantin rejimi elan edilən şəhər və rayonlardan qaydaları pozaraq, istirahətə gələn şəxslərin müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən istirahət mərkəzlərinə gedən yollarda keçirilən reydlər zamanı bəzi şəxslərin qaydaları pozduqları aşkar edilib.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə protokolu tərtib olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*