Oğuz rayonunun Böyük Söyüdlü kəndi ərazisində “BMW” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan KONKRET.az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
KONKRET.az
