Oğuzda meşədə narkotik becərən şəxs tutuldubackend

Oğuzda meşədə narkotik becərən şəxs tutuldu

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan KONKRET.az-a verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Oğuz şəhər sakini, əvvəllər də məhkum olunmuş Əsgər İsmayılov şübhəli şəxs qismində saxlanılıb.

Rayon ərazisində meşəlik əraziyə baxış keçirilən zaman oradan Ə.İsmayılovun becərdiyi çətənə bitkiləri aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl becərdiyini və aqrotexniki qulluq göstərdiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*