Oğuzda qohumlar arasında davada 2 nəfər xəsarət aldıbackend

Oğuzda qohumlar arasında davada 2 nəfər xəsarət aldı

Oğuzda qohumlar arasında baş verən mübahisə davaya çevrilib, xəsarət alanlar var.

KONKRET.az-ın məlumatına görə, axşam saatlarında rayonun Yenikənd sakinləri olan 1986-cı il təvəllüdlü Eldar Arzuman oğlu Möylanov və 1987-ci il Sərvan Qəhrəman oğlu Allahverdiyev bədənin müxtəlif nahiyələrinin küt travması xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Müayinə zamanı məlum olub ki, qohumluq əlaqələri olan E. Möylanov və S. Allahverdiyev arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Qohumlar arasında baş verən mübahisə davaya çevrilib. Dava zamanı onlar bir-birinə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Dava zamanı kəllə-beyin travması alan E. Möylanov müayinə olunmaq üçün Qəbələ Rayon Mərkəzi Xəstəxanasına göndərilib. S. Allahverdiyevin xəsarəti yüngül olduğundan ona ilkin yardım göstərildikdən sonra evə buraxılıb./apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*