Azərbaycanın Hərbi Prokurorluğunda istintaq olunan cinayət işi üzrə Ermənistanın keçmiş müdafiə naziri, Xocalı soyqırımının əsas iştirakçısı olan Ohanyan Seyran Muşeqoviçin Cinayət Məcəlləsinin 103-cü (Soyqırım) və 107-ci(Əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib.
KONKRET.az-ın əldə etdiyi məlumata görə, barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Hərbi Prokurorluq tərəfindən müvafiq təqdimatla Bakı hərbi məhkəməsinə müraciət olunub və təqdimat təmin edilib.
Azərbaycan Hərbi Prokurorluğunda barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilərək icrasının təmin edilməsi üçün Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə və İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosuna göndərilib.
Bakı hərbi məhkəməsinin qərarı ilə Ohaynayn barəsində qiyabi olaraq tutulduğu gündən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hərbi Prokurorluğun mətbuat xidməti məlumatı təsdiqləyib.