ABŞ-ın Ohayo ştatının Beaverkrik şəhərində baş verən atışma nəticəsində ən azı bir nəfər ölüb, üç nəfər yaralanıb.
KONKRET.az xəbər verir ki, bu barədə şəhərin fövqəladə hallar xidməti məlumat yayıb.
Məlumata görə, mağazaya çoxlu sayda polis və təcili yardım maşınları cəlb olunub. Bina mühasirəyə alınıb.
Bildirilir ki, zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbləri barədə məlumat verilməyib.
Ariz Həsənoğlu,
KONKRET.az