backend

Öldü deyə yandırılan anaları sağ çıxdı

Hindistanda  daha bir qəribə  hadisə yaşanıb.  

KONKRET.az xəbər verir ki, xəstəxanada müalicə alan 70 yaşlı qadın koronavirusdan vəfat edib. Bundan sonra qadın Hindistan ənənələrinə uyğun olaraq yandırılıb. Lakin 2 həftədən sonra qadın yaşadığı evə sağlam qayıdıb. Bunu görən övladları analarının sağ qalmasına inanmayıblar.

Belə ki, yenidən xəstəxanaya müraciət edən övladlar analarının ölüm sənədlərinə baxış keçiriblər.  Məlum olub ki, analarının sənədləri başqa bir qadının sənədləri ilə qarışıb. Xəstəxana müdiriyyəti bunun bağışlanmaz bir səhv olduğunu  bildirərək, ailədən üzr istəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*