Gəncədə 16 yaşlı yeniyetməni qətlə yetirən şəxs polisə təslim olub.
KONKRET.az xəbər verir ki, “Unikal”ın məlumatına görə 2007-ci il təvəllüdlü Gəncə Şəhər sakini Rihat Cəfərov polisə gələrək təslim olub.
18:54
Gəncədə qətlə yetirilən 16 yaşlı məktəbli polkovnik-leytenantın oğlu imiş.
KONKRET.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, öldürülən Vaqif Rəfibəylinin atası Rövşən Rəfibəyli uzun illər ədliyyə sistemində çalışıb.
Polkovnik-leytenant R. Rəfibəyli Gəncə şəhərindəki istintaq təcridxanasında rejim-nəzarət şöbəsinin rəisi vəzifəsini icra edib. Bu yaxınlarda yaş həddi ilə bağlı təqaüdə çıxıb.
Qeyd edək ki, hadisənin 18 yaşlı R.Cəfərov tərəfindən törədildiyi bildirilir. Polis onun tutulması istiqamətində əməliyyat tədbirləri aparır. Hələ ki, hadisənin baş vermə səbəbi açıqlanmayıb.