Ermənistanda bir neçə həftədir Baş nazirin həyat yoldaşı Anna Akopyan və parlamentin vitse-spikeri Lena Nazaryan ölən əsgərlərin ailələrini ziyarət edir. Media onların səfərlərini fəal şəkildə işıqlandırır. Bu hadisəni dövlət mediasının geniş miqyasda işıqlandırması göstərir ki, Nazaryan və Akopyanın səfəri yalnız valideynlərin kədərini azaltmaq məqsədi daşımır. Hakimiyyət nümayəndələri həlak olmuş əsgərlərin kədərini siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar.
KONKRET.az xəbər verir ki, bu barədə “Politik.am” məlumat yayıb. Məlumatda deyilir ki, “Ölən əsgərin analarından biri bizimlə əlaqə saxlayaraq dedi ki, Anna Akopyanın nümayəndəsi onunla əlaqə qurub və görüş təşkil etmək üçün müraciət edib. “Mən görüşə qarşı çıxmadım, ancaq ziyarətin işıqlandırılmamasını, fotoşəkillərin və videoların yayılmamasını istədim. Bu xahişimdən sonra həmin adamdan xəbər çıxmadı. Anladım ki, onlar dərdimizi anlamaq üçün çalışmırlar”.
“Anna Akopyan oğullarımızın qanı bahasına özünü reklam etmək istəyir. Kədərimizin yalnız kameralar qarşısında görmək istədikləri üçün özümü çox pis hiss edirəm. Belə bir qadın ayağını evimə basa bilməz. Digər valideynlərə də müraciət edirəm ki, vəziyyətdən asılı olmayaraq kədərlərindən istifadə etmələrinə icazə verilməsin!,” – deyə həmsöhbətimiz fikirlərini yekunlaşdırdı.
Məsələ ilə bağlı Anna Akopyanın ofisi ilə əlaqə saxlamağa çalışdıq ki, evlərini ziyarət etməli olduqları valideynləri hansı əsasla seçdiklərini öyrənək. Və şəhid analarının iradlarını onlara bildirək. Lakin Anna Akopyanın ofisi ilə heç bir şəkildə əlaqə qura bilmədik.
Hökumətdəki mənbələrimizdən məlumat almağa çalışdıq. Öyrəndik ki, Anna Akopyanın ölən əsgərlərin valideynlərinə ziyarət təşkil etmək məsələsində ciddi problemlərin olduğu ortaya çıxıb. Öldürülən yüzlərlə insanın valideynləri Anna Akopyanı qəbul etməkdən imtina edirlər. Səbəbsə Anna Akopyan da daxil olmaqla mövcud hakimiyyətdəkilərin xalqın faciələri üzərində oyun qurmasıdır.
KONKRET.az