Ölkədən kənarda yaşayan məmur və siyasətçilər həbs oluna bilər – Ramiz Mehdiyev İZİ…backend

Ölkədən kənarda yaşayan məmur və siyasətçilər həbs oluna bilər - Ramiz Mehdiyev İZİ...

Son günlər dövlət çevrilişi ilə bağlı səslənən iddialar fonunda ictimaiyyətdə sual yaranıb: ölkədən kənarda yaşayan keçmiş məmurlar və siyasətçilər barədə hüquqi müstəvidə hansı addımlar atıla bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Tağı Hüseynov bildirib ki, bu kimi hallarda istər siyasətçilər, istərsə də keçmiş məmurlar barəsində sübutlar toplandıqdan sonra cinayət işi başlanır:

Məşhur hüquqşünasdan şikayət var

“Xaricdə olan şəxslərlə bağlı beynəlxalq axtarış elan edilir. Həmin şəxslər saxlanılana qədər istintaq prosesi dayandırıla bilər. Əgər həmin şəxslər başqa ölkədə vətəndaşlıq və ya oturma icazəsi alıblarsa və onların tutulması mümkün deyilsə, iş müvəqqəti olaraq dondurulur. Lakin saxlanıldıqdan sonra cinayət işinə yenidən baxılır və məhkəmə hökmü çıxarılır”.

Hüquqşünas qeyd edib ki, bu, beynəlxalq hüquq və ölkədaxili qanunvericiliyin tələblərinə əsasən həyata keçirilən prosedurdur.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*