Ölkələri əleyhinə casusluq edən çinli ər-arvad İFŞA EDİLDİLƏRbackend

Ölkələri əleyhinə casusluq edən çinli ər-arvad İFŞA EDİLDİLƏR

Çinin təhlükəsizlik orqanları Mİ-6 tərəfindən cəlb edilmiş Britaniya casuslarını ifşa edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Dövlət Təhlükəsizliyi Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Çin Xalq Respublikasının vətəndaşları olan təqsirli şəxslər ər-arvaddırlar və ölkənin mərkəzi dövlət orqanlarında çalışırlar. Vanq adlı şəxs Böyük Britaniyada ikitərəfli təhsil mübadilə proqramında təlim alarkən MI6-nın diqqətini cəlb edib. Vanq əvvəlcə çox yüksək maaş müqabilində  ingilislərə məsləhətlər verib, sonra Mİ-6-da peşəkar təlim keçib və vətəni Çinə göndərilib. Bundan sonra ingilis kəşfiyyatçıları onun Çjou adlı həyat yoldaşını da casusluğa cəlb ediblər.

Dövlət Təhlükəsizlik Nazirliyi bu hadisəni Londonun Çinin dövlət təhlükəsizliyini pozmağa çalışması kimi qiymətləndirib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*