Ölkəmizdə yaşayan əcnəbilərin sayı açıqlandıbackend

Ölkəmizdə yaşayan əcnəbilərin sayı açıqlandı

Hazırda ölkəmizdə 167 min əcnəbi yaşayır. Bunların içərisində qonşu ölkələr- Rusiya, Gürcüstan, İran, Türkiyə və Ukrayna vətəndaşları üstünlük təşkil edir.

KONKRET.az-ın məlumatına görə, bunu bu gün Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Ukraynadakı hadisələrə görə hazırda ölkəmizdə 7 036 Ukrayna vətəndaşı yaşayır.

“İrandan da Azərbaycana gələnlər var. Onların dəqiq statistikası bəlli deyil. Onlar hava yolu ilə ölkəmizə daxil olurlar”, – deyə V.Hüseynov əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*