Ölkəyə minik avtomobillərinin idxalı azaldı – Qiymətlərə təsir edəcək?backend

Ölkəyə minik avtomobillərinin idxalı azaldı - Qiymətlərə təsir edəcək?

Ölkəyə minik avtomobillərinin idxalı azalıb.

KONKRET.az Xəzər TV-yə istinadən bildirir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yeddi ayda minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı əvvəlki illərlə 12,6 faiz azalaraq 46 017 ədəd təşkil edib. Avtomobil satışı ilə məşğul olan Sərxan Qədirov deyir ki, ilin əvvəlindən maşın bazarında yaranan durğunluq xaricdən gətirilən avtomobillərin sayına da təsir edib.

Sərxan Qədirov deyir ki, bazardakı durğunluğa baxmayaraq bəzi minik avtomobillərinin qiymətlərində artım var.

Ekspert hesab edir ki, qiymətə təsir edən əsas amillərdən biri taksi fəaliyyəti üçün ili təzə olan nəqliyyat vasitələrinə tələbatın artmasıdır.

Sərxan Qədirov onu da əlavə etdi ki, hər il olduğu kimi bu il də payız-qış mövsümündə bazarlarda canlanmanın müşahidə ediləcəyi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*