Ölümü 90 faiz dəqiqliklə proqnozlaşdırmaq MÜMKÜN OLACAQbackend

Ölümü 90 faiz dəqiqliklə proqnozlaşdırmaq MÜMKÜN OLACAQ

ABŞ-nin Stenford Universitetinin mütəxəssisləri insanın ölüm vaxtını proqnozlaşdırmaq üçün süni intellektdən istifadə etmək qərarına gəliblər.

KONKRET.az xəbər verir ki, alimlərin hazırladığı kompüter proqramı insanın ölüm vaxtını çox tez və dəqiq müəyyən edir.

“The Deccan Chronicle”-ə görə, bu proqram həkimlərə daha çox kömək edə bilər. Proqramı yaratmaq üçün tədqiqatçılar 160.000 xəstənin məlumatlarını təhlil ediblər. Alimlər əvvəlcə bu xəstələrin diaqnoz və müalicə üsulları ilə bağlı məlumatları tədqiq edib, sonra alqoritm qurub və yaxın 3-12 ay ərzində 40 min xəstədən hansının öləcəyini müəyyənləşdiriblər. Proqram ölümü 90 faiz dəqiqliklə proqnozlaşdırıb. Mütəxəssislərin fikrincə, yeni proqram yaxın vaxtlarda xəstəxanalarda tətbiq oluna bilər. Amma alimlər hesab edirlər ki, yalnız proqramın məlumatlarına etibar etmək mümkün deyil və istənilən halda peşəkar rəyi dinləmək lazım gələcək.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*