Ombudsmandan beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞbackend

Ombudsmandan beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki yaşayış məntəqələrinə raket hücumları nəticəsində baş vermiş uşaq itkiləri barədə aralıq hesabat hazırlayaraq beynəlxalq təşkilatlara ünvanlayıb.

KONKRET.az-a Aparatdan verilən məlumata görə, sözügedən hesabatın göndərilməsində əsas məqsəd Ermənistan silahlı qüvvələrinin 27 sentyabr – 9 noyabr 2020-ci il tarixlərində Azərbaycanda mülki yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində baş verən insan tələfatları, xüsusən uşaq ölümləri ilə bağlı faktları beynəlxalq insan hüquqları təşkilatları da daxil olmaqla beynəlxalq ictimaiyyətə təqdim etmək olub.

Bu hesabat Ombudsman tərəfindən müxtəlif vaxtlarda Ermənistanın silahlı hücumlarından zərər çəkmiş Azərbaycanın rayonlarında kobud insan hüquqları pozuntusu faktlarını yerində araşdırmaq məqsədi həyata keçirilmiş 6 faktaraşdırma missiyasının nəticələrinə əsaslanaraq hazırlanıb. Habelə, hesabatda həmin hərbi təxribatlar nəticəsində ümumilikdə 12 uşağın öldüyü və 50-sinin isə ağır bədən xəsarətləri alaraq yaralandığı vurğulanıb.

Eyni zamanda hesabatda kobud insan hüquqları pozuntularının gələcəkdə bir daha baş verməməsi, habelə bu cür halların beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində qarşısının alınması üçün preventiv tədbirlərin görülməsi və sərt reaksiyanın bildirilməsi məqsədilə beynəlxalq ictimaiyyətə çağırış edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*