“Ötən gün Şahverdilər istiqamətində (Vorotan) iki mülki vətəndaşımız itkin düşmüşdü. Məğlubiyyət simvolu Nikol Paşinyan, ölkənin Baş nazir kürsüsündə qaldıqca bu kimi hallar davam edəcək. Bu o deməkdir ki, ya bu cür hadisələri qəbul edirik, ya da Nikoldan güc alırıq. Təəssüf ki, başqa variant yoxdur”.
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, bu sözləri “Hraparak” nəşrinin jurnalisti Vaxtanq Siradeqyan öz yazısında qeyd edib.
“Ancaq Nikol indi alternativ təkliflər edir. Guya o 15 il əvvəl hansısa alternativ təkliflər etdi? O zaman da belə olmadı. Bundan sonra da uzun illər boyunca indiki hakimiyyətə qarşı mübarizə aparacağam”.
Vaxtanq Siradeqyan fikirləşir ki, Nikolun “alternativ” variantları, o vaxt onun parlamentə seçilməsi haqqında olan fikirlərdə xüsusi mülahizələr yaradırdı. Ancaq Ter-Petrosyanın bir neçə ay sonra yenidən siyasi sahədə göründüyünü nəzərə alanda, Nikolun 2007-ci ildə parlamentə girməsinin Ermənistanın siyasi həyatına heç bir təsiri olmayacaqdı.
“Bir şeyi daha xatırlayaq. Nikolun “institusional müxalifət” ifadəsi. Düzünü desəm, yeniliyin nə olduğunu bilmirəm. Milli Məclisdə ən azı bir müxalifət fraksiyasının olması artıq institusionalizmin bir təzahürüdür, məncə. Amma indi cəmiyyətin institutlaşmasına ehtiyacımız var.
Bu o deməkdir ki, Nikola qarşı çıxan cəmiyyət öz-özünə təşkilatlanmalıdır. Nikolun hər hansı bir yerdə görünməsi inkar təzahürləri ilə qarşılanmalıdır. Bu tip etirazlar məğlubiyyətdən bir neçə ay əvvəl idi. Sonra isə ictimai versiya unuduldu. Amma etirazlar yaxın məhəllələrdə, həyətlərdə, müəssisələrdə, mətbəxlərdə, xalqın kasıb kütləsinin daxilində davam edir. Özü də daha sərt ifadələrlə. Daha doğrusu, Nikola layiq ifadələrlə, yəni söyüşlərlə. Amma uzun müddətdir ki, Paşinyan hakimiyyəti tərəfindən ictimaiyyətin qarşısı alınır.”
Jurnalist məğlubiyyətin onlarda yaratdığı acı təzahüləri də bölüşüb: “Məğlubiyyətdən sonra qardaşlarımızı itirdik. Xalq olaraq ağrımız çox dərindir, amma həyat bizə göstərdi ki, Nikolun səyləri nəticəsində ermənilər artıq qonşusunun ağrısını hiss etməyəcək dərəcədə alçalmış və təhqir edilmişdir. Bir-iki gün sonra meydanda keçiriləcək “rəngarəng tədbirlər” də buna sübutdur”.
Nikol Paşinyanın sülh təkliflərinə isə jurnalistin reaksiyası çox sərt olub: “Və daha bir sual. Hadisələr təəssüf ki, Ermənistanın hesabına çox sürətlə inkişaf edir. Baş nazir məğlubiyyətçi sülh təşəbbüsləri ilə nəyin bahasına olursa olsun irəliləməyə çalışır. Bunun başqa bir təzahürü, Türkiyə Prezidenti Ərdoğan tərəfindən Zəngəzur dəhlizi ilə Nikolun sülh təkliflərini şərtləndirilməsidir”.