Öncə Qarabağ erməniləri, indi isə ukraynalılar bu ölkələrə axın edir – ŞOK STATİSTİKAbackend

Öncə Qarabağ erməniləri, indi isə ukraynalılar bu ölkələrə axın edir - ŞOK STATİSTİKA

İki ayda yüz min gənc Ukraynanı tərk edib.

KONKRET.az xəbər verir ki, 18-22 yaş arası ukraynalıların ölkəni tərk etməsinə icazə verən qanun qüvvəyə mindikdən bəri, təxminən 100.000 nəfər Polşaya gedib.

Bu barədə The Telegraph sərhəd xidmətinin məlumatlarına istinadən xəbər yayıb.

Hazırda hər gün təxminən 1600 gənc sərhədi keçir. Qanunvericilik dəyişikliyindən əvvəl bu rəqəm 50.000-dən az idi.

Kiyev bu yumşalmanı gənclərə xaricdə təhsil almaq və işləmək, sonra isə təcrübələrindən istifadə edərək ölkəni inkişaf etdirmək imkanı vermək istəyi ilə izah edir.

Eyni zamanda, ukraynalıların Almaniyaya axını da artıb – müvəqqəti qorunma üçün müraciətlərin sayı həftədə 100-dən 1000-ə qədər çoxalıb.

Bavariyanın Baş naziri Markus Söder gənc ukraynalıların ölkəyə girişinə məhdudiyyətlər qoyulmasına çağırıb:

“Daha çox gəncin vətənlərini müdafiə etmək əvəzinə Almaniyaya gəlməsi heç kimə kömək etməyəcək”, – o vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*