“Onlar əvvəlcədən Azərbaycanın nə edəcəyini yaxşı bilirdi və buna özləri razılıq verib” – Karen Vrtanesyanbackend

“Onlar əvvəlcədən Azərbaycanın nə edəcəyini yaxşı bilirdi və buna özləri razılıq verib” - Karen Vrtanesyan

Ermənistan Xarici İşlər Nazirliyi və Nikol Paşinyan Azərbaycanın  rəsmi İrəvanın xarici əlaqələrinin işinə mane olması faktına heç bir şəkildə reaksiya vermir.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu sözləri hərbi ekspert Karen Vrtanesyan özünün Facebook hesabında yazıb:

“Başqa ölkələrdə Xarici İşlər Nazirliyi ən azından etiraz notası göndərər və ya beynəlxalq ictimaiyyətə müraciət edər və sairə. Amma onlar susurlar. Xarici İşlər Nazirliyinin saytında bu mövzuda bircə açıqlama da yoxdur. Bu o deməkdir ki, onlar (Ermənistan XİN və Nikol Paşinyan – red.) azərbaycanlıların nə edəcəyini əvvəlcədən yaxşı bilirdilər və özləri buna razılıq veriblər” – Vrtanesyan vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*