“Onu öldürsəydi, daha yaxşı olardı” – Kadırov oğlunun Juraveli döyməsindən danışdıbackend

Onu öldürsəydi, daha yaxşı olardı” - Kadırov oğlunun Juraveli döyməsindən danışdı 

“Adam Volqoqraddakı məsciddə Quranı yandırmaqda ittiham olunan Nikita Juravelin döyülməsinə görə cəzalandırılmağı şərəf hesab edərdi”.

KONKRET.az xəbər verir ki, bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

O, oğlu Adam Kadırovun Volqoqraddakı məsciddə Quranı yandırmaqda ittiham olunan Nikita Juraveli döyməsinə münasibət bildirib.

“Düşünürəm ki, Adam düzgün iş görüb. Əgər məhkəmə onu cəzalandırmamaq barədə qərar çıxarıbsa, demək ki, belə olmalıdır. Niyə cəzalandırılmalıdır? Agent olduğuna görə, Quranı yandıran adamı döyüb, onu görə? Onu elə oradaca öldürsəydi, daha yaxşı olardı”, – deyə Ramzan Kadırov bildirib.

O əlavə edib ki, ən böyük arzusu bütün Qurana qarşı təxribat törədənlərin cəzalandırılmasıdır.

Burhan,

KONKRET.az

  • Fərəc
    Dekabr 14, 2023 - 08:06

    XƏSTƏ ADAMNAN BAŞQA NƏ SÖZ EŞİTMƏK OLAR?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*