Oqtay Gülalıyevin oğlunun son durumu AÇIQLANDIbackend

Oqtay Gülalıyevin oğlunun son durumu AÇIQLANDI

Bakı Sağlamlıq Mərkəzi (BSM) hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbrizin səhhəti barədə məlumat yayıb.

Mərkəzdən KONKRET.az-a verilən məlumata görə, Təbriz Güləliyev dünən axşam saatlarında BSM-ə təcili tibbi yardım maşını vasitəsi ilə huşu aydın, baş və üz, eləcə də bədənin digər nahiyələrində olan çoxsaylı travmalarla gətirilib.

Təcili tibbi yardım şöbəsində ilkin yardım göstərildikdən sonra xəstə reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilərək plan üzrə müayinə və müalicəsinə başlanılıb. Müayinə nəticəsində xəstəyə müştərək travma, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol tərəfli almacıq sümüyünün və burun sümüklərinin çoxsaylı yerdəyişmiş sınıqları, burun kürəyinin əzilmiş, sol qaş nahiyəsinin sıyrılmış yaraları, sol tərəfli paraorbital hematoma, sağ diz qapağının yerdəyişmiş sınığı diaqnozu qoyulub.

Hazırda vəziyyəti stabildir, müalicə və müşahidə davam etdirilir.

Qeyd edək ki, T.Gülalıyev ötən gün avtomobil qəzası keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*