“Orban heç kimə xəbərdarlıq etmədi, hesabat da vermədi” 09 İyul, 2024 - 14:58656Macarıstanın baş naziri Viktor Orban Çinə səfərindən əvvəl Avropa Komissiyası (AK) ilə əlaqə saxlamayıb və səfərin nəticələri barədə məlumat verməyib. KONKRET.az xəbər verir ki, bu barədə AK-nin sözçüsü Erik Mamer Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib. “Səfərdən əvvəl də heç bir əlaqə olmayıb, sonra da heç bir izahat verilməyib”, – deyə o, jurnalistlərin müvafiq sualını cavablandırıb. Rəsmiyyə Şərifova, KONKRET.az Şikayətinizi və şahidi olduğunuz hadisəni çəkib bizə göndərin!