Macarıstanın baş naziri Viktor Orban Çinə səfərindən əvvəl Avropa Komissiyası (AK) ilə əlaqə saxlamayıb və səfərin nəticələri barədə məlumat verməyib.
KONKRET.az xəbər verir ki, bu barədə AK-nin sözçüsü Erik Mamer Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
“Səfərdən əvvəl də heç bir əlaqə olmayıb, sonra da heç bir izahat verilməyib”, – deyə o, jurnalistlərin müvafiq sualını cavablandırıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az